<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>469</hymn_number>
<title>İzzəti, şərəfi Atadan aldın İL469</title>
<lyrics>[V1]
 İzzəti, şərəfi Atadan aldın,
 İzzət də, şərəf də Sənindir, İsam.
 İlahi qüdrəti Allahdan aldın,
 İlahi qüdrətli Tanrımsan, İsam.

[C1]
   Hələ günahlıykən Sən seçdin bizi,
   Günahlıykən Sən sevdin bizi.
   Bizə «övladımsız» söylədin,
   Müqəddəs eylədi, hər sözün bizi, Mənim İsam.

[V2]
 Əl ilə tikilmiş o məbədlərdə
 Daha yaşamırsan Sən, mənim İsam.
 «Sizsiniz məbədim» söylədin bizə
 Qoru məbədini, pak eylə, İsam.

[V3]
 Ya Rəbb İsam, bağlı qapıların Sən
 Açdın qıfılını məhəbbətinlə.
 O təpələr enir, dərələr dolur
 Nə dərinmiş Sənin hikmətin, İsam.</lyrics>
</song>